gototop gototop

Словарь

NEOKLASSİK MƏKTƏB

(ingiliscə - neoclassical school - neoklassik məktəb) - XX əsr iqtisadi fikrinin əsas istiqamətlərindən biri; iqtisadi təhlil metodunu kökündən dəyişdirən “marjinal inqilab”ın nəticəsi olaraq meydana çıxmışdır. Son faydalılıq və son məhsuldarlıq konsepsiyalarının yaranması neoklassik məktəbin mükəmməl rəqabət sferasında bazar sahibkarlığı təsərrüfatının nəzəriyyəsinin işlənməsinə zəmin olmuşdur. Xüsusən azad rəqabət və qiymət yaranışı mexanizmlərinin təkmilləşən xətti neoklassikləri şəxsi və ictimai tarazlıq konsepsiyasını formalaşdırmağa müyəssər etmişdir. Neoklassik məktəb XX əsrin 30-cu illərinə qədər iqtisadi nəzəriyyədə və praktikada hakim mövqedə dayanmışdır.