gototop gototop

Словарь

NEOİNSTİTUSİONALİZM, YENİ İNSTİTUSİONALİZM

(ingiliscə - neoinstitutional economics - yeni institusionalizm) - institusionalizmin metodoloji, texnoloji determinizm əsaslı müasir çaları. Neoistitusionalizm iki ümumi təyinatdan çıxış edir. Birincisi, sosial institutlar əhəmiyyət daşayır və ikincisi, o, iqtisadin nəzəriyyənin standart alətlərinin köməyi ilə təhlilə məruz qalır. Neoistitusional nəzəriyyədə transakziya xərcləri, mülkiyyət hüququ, kontrakt agent münasibətləri kimi təhlil amillərinə yer verilir. Nəzəriyyə olaraq 1932-ci ildə Amerika iqtisadçısı Oliver Vilyamson tərəfindən elmi dövriyyəyə çıxarılmışdır. Neoistitusionalizm K.Eyrosun mədəniyyətin və təsərrüfat fəalliyətinin qarşılıqlı rabitəsi prinsipi, C.Gelbreytin nəhəng korporasiyaların təsiri ilə bazar sisteminin modifikasiyası, Q.Mürdalın sosial sistemlərin təhlili və Y.Kornainin tarazlıq prinsipinin tənqidinə yönəlmiş tədqiqatlarında daha mütəşəkkil vəhdət tapmışdır.