gototop gototop

Словарь

MÜQAYİSƏLİ (NİSBİ) ÜSTÜNLÜKLƏR NƏZƏRİYYƏSİ

(ingiliscə - theory of comparative advantage - müqayisəli üstünlüklər nəzəriyyəsi) - ingilis siyasi-iqtisadçısı David Rikardo (1772-1823) tərəfindən 1817-ci ildə nəşr edilən “Siyasi iqtisadın və vergiləndirmənin prinsipləri” adlı əsərində formalaşdırılmış nəzəriyyə. “Müqayisəli Üstünlüklər Nəzəriyyəsinə görə bir ölkə bir məhsul istehsalında digər ölkədən daha çox səmərəliliyə malik deyildir. Lakin o məhsulun istehsalını digər məhsulların istehsalı ilə müqayisə etdikdə nisbi olaraq daha səmərəli bir şəkildə həyata keçirir. Yəni hər ölkə nisbi olaraq daha səmərəlilik əldə etdiyi məhsul istehsalı üzrə ixtisaslaşacaqdır. D.Rikardonun gəldiyi ümumi nəticə isə ondan ibarətdir ki, ixtisaslaşmanın əsasında bu və ya digər ölkənin başqa dövlətlərlə müqayisədə malik olduğu üstünlükləri dayanır. Bu üstünlüklər isə iki - mütləq və nisbi kateqoriyalarda təzahür edir. Konkret olaraq ölkə üçün mütləq üstünlüklər onun təbii sərvətləri (faydalı qazıntalar. Iqlim şəraiti və s.) və ya ərsəyə yetirdiyi istehsal potensialı (müasir texnologiyalar, ixtisaslı işçi qüvvəsi və s.) ilə bağlıdır. “Rikardo modeli”nə görə mütləq üstünlüklər mənşə etibarı ilə təbii və ya alınmış səciyyə daşayır. Nisbi üstünlüklər isə əmtəə və xidmətləri bir ölkənin digərindən daha az məsrəflərlə istehsalını xarakterizə edir. Məhz nisbi üstünlüklər ticarətin faydalı olub olmamasını təyin edir.