gototop gototop

Словарь

ADA RESURS İQTİSADİ SİSTEMİ

başlıca və haradasa yeganə sərvəti ilin hər vaxtı istirahət üçün imkanları təmin edən əlverişli iqlim şəraitinə malik, əsasən, tropik zonanın ada dövlətləri (5 Karib hövzəsi dövləti - Antiqua və Barbuda, Baham Adaları, Barbados, Sent-Kits və Nevis, Qrenada, həmçinin Hind okeanında Seyşel adaları, Azor adaları (Portuqaliya), Havay adaları (ABŞ) və Kanar adaları (İspaniya)). Bunların üzərinə yerli ekzotika və tez-tez “vergi cənnəti” statusu da əlavə olunur, yəni bu ərazilərdə qeydiyyatdan keçən firmalarda vergitutma minimal olur. Bu ərazinin rifahı burada fəaliyyət göstərən və qeydiyyatdan keçmiş xarici şirkətlərin, həmçinin istirahət zamanı turistlərə xidmət və turistlərin çəkdiyi xərclər hesabına təmin edilir. Turizm biznesinin özü, əsasən, xarici şirkətlərlə inkişaf etdirilir. Yerli kadrlar isə daha çox muzdlu personal və şoularda artistlər kimi fəaliyyətlərə cəlb olunurlar.