gototop gototop

Словарь

MUDİS ŞİRKƏTİNİN KREDİT REYTİNQLƏRİ

(ingiliscə - Ratings agency Moody's - Mudis agentliyinin reytinqləri) - Moody's şirkəti (beynəlxalq kredit agentliklərinin “böyük üçlüyünə” daxildir) tərəfindən standartlaşdırılmış reytinq əmsallarından istifadə etməklə borcalanların kredit qabiliyyətliliyini qiymətləndirən reytinq göstəricisi. 1900-cu ildə Con Mudi tərəfindən təsis edilən Moody's şirkəti (Moody’s Investors Service) özəl və dövlət təşkilatlarında maliyyə tədqiqatı və təhlillərini həyata keçirir. Dünya kredit reytinqi bazarının 40%-ni əhatə edən şirkət, həmçinin standartlaşdırılmış reytinq əmsallarından istifadə etməklə borcalanların kredit qabiliyyətliliyini qiymətləndirir. Moody’s də digərləri kimi kredit reytinqlərini investisiyaya münasib dərəcə (investment grade) və spekulyativ dərəcə (speculative grade) olmaqla iki qrupa ayırır.