Архив
Словарь
MİLLİ HESABLAR SİSTEMİ (MHS)
(ingilscə - System of National Accounts - SNA - Milli Hesablar Sistemi - MHS) - makroiqtisadi səviyyədə iqtisadiyyatın inkişafının qarşılıqlı göstəricilər sistemi. MHS konsepsiyası müasir dünyada iqtisadçılar, siyasətçilər, dövlət xadimləri, sosioloqlar, maliyyəsilər və s. arasında universal iqtisadi-statistik dilə malik olan bir ünsiyyət vasitəsi olaraq da çıxış edir. BMT-nin beynəlxalq iqtisadi təşkilatları, Beynəlxalq Valyuta Fondu, Dünya Yenidənqurma və İnkişaf Bankı və digərləri fəaliyyətlərində MHS göstəricilərindən genişliklə istifadə edir və onun inkişafına da tövhələr verirlər. MHS bütövlükdə iqtisadi proseslərə razılıqlı təsvir verərək onun ümumi xarakteristikasının daha üstün açılışını təmin edir.