gototop gototop

Словарь

MƏNFƏƏT

gəlirlərin və xərclərin fərqi. Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi istehsalın bilavasitə məqsədində ifadə olunaraq onun sonrakı davamlı fəaliyyətinin təminatı, rəqabət və riski mülayimləşdirən faktor kimi çıxış edir. Fəaliyyətin nəticəsindən asılı olaraq, mənfəət əsas və ondan kənar reallaşmadan əldə edilən və sair daxilolmalar, cərimələr, müamilələr, valyuta məzənnəsi kimi kateqoriyalara bölünür. Mənfəətin əldə edilməsi başlıca şərt olsa da, onun təminat perspektivi həmişə müsbət nəticəli olmur. Maya dəyəri ölçüləri daxilolmaları üstələdikdə, maliyyə nəticəliyi mənfəətin əksinə olaraq zərərlə bitir.