gototop gototop

Словарь

MEQALOPOLİS

(yunanca - μεγάλου, - μέγας - böyük + πολης - şəhər) - çoxlu sayda şəhər aqlomerasiyalarının artması nəticəsində yaranan daha iri məskunlaşma forması. Termin Arkadiya bölgəsinin 36 yaşayış məntəqəsinin birləşməsi nəticəsində meydana gəlmiş qədim yunan şəhəri olan Meqalopolun adından götürülmüşdür. Meqalopolisin əsas cəhətləri kimi, bir qayda olaraq, avtomobil və dəmir yolları boyunca uzanan tikililərin xətti xarakterliliyi və onları formalaşdıran aqlomerasiyaların bir-birinə yaxın yerləşmiş iri şəhər mərkəzlərinin qarşılıqlı əlaqəsi ilə şərtlənən ümumi polisentrik quruluşu çıxış edir.