gototop gototop

Словарь

MATERİK

(ingiliscə - mainland - böyük ada) - yer kürəsinin quru hissəsinin dəniz və okean suları ilə yuyulan geniş ərazisi. Bu təyinatdan irəli gələrək Avroasiyanı Afrikadan Süveyş kanalı, Şimali Amerikanı Cənubi Amerikadan Panama kanalı ayırdığından materik sayı 6-dır (Avroasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida). Geoloji baxımdan materik səpələnməmiş, daşınılmayan torpaqaltı yer təbəqəsidir. Arxeologiyada isə materik insan fəaliyyətinin qalıqlarını daşımayan mədənin qataltı torpaq təbəqəsi kimi anlaşılır. Elmi əsaslandırmalara görə, öncə bir materik - Panqeya olmuşdur. Təxminən 150-220 milyon il bundan qabaq o, Lavraziya və Qondvana olmaqla iki hissəyə bölünmüş və növbəti mərhələdə indiki vəziyyətə gəlmişdir.