gototop gototop

Словарь

MANUFAKTURA

(latınca - manus - əl factura - yığma, düzəltmə, istehsal) əsasən müzdlu işçilərin əl əməyinin tətbiq olunduğu və əmək bölgüsündən geniş istifadə edildiyi böyük müəssisədir. Manufakturaların yaranışı sənaye istehsalı prosesinin tarixi təşəkkülündə sadə kooperasiyadan sonrakı ikinci mərhələni əhatə edir. Onlar Qərbi Avropada XVI-XVIII əsrlərdə mövcud olmuşlar. Əmək alətlərinin və işçi qüvvəsinin dar ixtisaslaşdığı manufakturalar ictimai əmək bölgüsüsnün dərinləşməsinə təsir göstərərək maşın-fabrik istehsalına keçidə zəmin olmuşlar.