Архив
Словарь
MALİYYƏ UÇOTU
maliyyə-mühasibat hesabatlarının tərtibi üçün lazımi məlumatların alınması uçotu. Bu uçot məlumatları həm daxili, həm də xarici informasiya istifadəçiləri üçün gərəkli hesab olunur. Maliyyə uçotunda təsərrüfat əməliyyatları yalnız pul ifadəsində mühasibat uçotu hesablarında baş verən tarixə yazılır. Bu uçotun mühüm prinsiplərindən biri maliyyə hesabatlarının təqdim edilməsinin daimliyi və dövriliyidir.