gototop gototop

Словарь

MAASTRİXT SAZİŞİ

(ingiliscə - Maastricht, Treaty of - Maastrix sazişləri) - Avropa İttifaqının yaranmasını şərtləndirən saziş kimi həmin ittifaqa daxil olmaq istəyən dövlətlər üçün yerinə yetirilməsi zəruri olan iqtisadi şərtlər kompleksi. Bu şərtlərə sazişin təsbit olunmuş tələblərində və onun protokollarında əksini tapmış aşağı inflyasiyaya nailolma, dövlət maliyyəsinin normallaşdırılması, dayanaqlı valyuta məzənnəsi və müvafiq kiçik faizlər aiddir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya - avroya keçidini tələb edir və ittifaqın üç əsas prinsipini - iqtisadi-sosial siyasət, beynəlxalq münasibətlər və təhlükəsizlik, və ədliyyə və daxili işlər müəyyənləşdirir. Maastrix sazişləri 7 fevral 1992-ci ildə Holladiyanın Maastrix şəhərində imzalanmışdır.