Архив
Словарь
LONDON KLUBU
(ingiliscə - London Club -London klubu) - xarici borcluların borclar məsələlərinin bu klub üzvləri qarşısında tənzimlənməsini həyata keçirən bank-kreditorların qeyri-rəsmi təşkilatı. London klubunun üzvləri müxtəlif ölkələrdən olan minə qədər bankdır. İlk yığıncağı 1976-cı ildə Zairin özəl kreditorlar qarşısında borcu məsələsinə baxılması üçün keçrilmişdir. London klubunda bank-kreditorların maraqlarını Bank Məsləhət Komitəsi (BMK) təmsil edir və burada həmin ölkənin borcunun maksimum hissəsi düşən banklar iştirak edir. Borclu ölkə ilə komitə arasında bağlanmış müqavilə borclunun 90-95% ödənilməmiş öhdəlikləri düşən bankların dəstəyini almalıdır və yalnız bundan sonra həmin müqavilə rəsmi olaraq imzalana bilər.