Архив
Словарь
(latınca - portus - liman, iskələ) - dənizin, gölün və çayin sahilində yerləşən, dalğalardan təbii və süni formada müdafiə olunan, gəmilərin dayandığı, xidmət göstərildiyi, yükləmə-boşaltma əməliyyatları aparıldığı, xüsusi texniki qurğularla təmin edilmiş su-quru ərazi. Limanlar dəniz, çay, mülki, hərbi, xidmətedici, sərnişin, ümumi, ixtisaslaşdırılmış, yük, yük buraxma və gəmi dövriyyələrinə görə də təsnifatlandırılırlar. Limanin yük dövriyyəsi- il ərzində hər iki istiqamətdə limandan keçən yüklərin miqdarını, yükburaxma qabliyyəti -il ərzində hər iki istiqamətdə limana daxil olduqdan sonra xüsusi rejimlərdə saxlanılan, emal edilən və buraxılan yüklərin miqdarını, gəmi dövriyyəsi- il ərzində hər iki istiqamətdə limandan keçən gəmilərin sayını ifadə edir. Sərnişin limanlarında yük əməliyyatları ikinci dərəcəli əhəmiyyət kəsb edir. Dəniz limanlarının xüsusi növü dəniz stansiyasıdır. Burada gəmilər yanacaq, su və ərzaqla təchiz edilir. Dəniz limanlarında nəqliyyatin əsas növləri - dəmiryolu, avtomobil, su və boru kəməri nəqliyyatı qovuşur və yüklər birindən digərinə ötürülür. Dünyada 200-dən artıq liman vardır ki, onlar arasında Rotterdam, Marsel, Antverpen, Osaka, Şanxay, Sinqapur ən iriləri hesab olunurlar. Dünya limanlarının 63%-i inkişaf etmiş sənaye ölkələrində cəmləşmişdir.