Архив
Словарь
LİBERAL İQTİSADİYYAT
(ingiliscə - liberal economy - azad iqtisadiyyat) - xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması, təsərrüfat qanunvericiliyinin dövlət tərəfindən ola biləcək təsirdən qorunması, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən, makroiqtisadi prosesləri əhatə etməsi, əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi, sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması, ümumi milli məhsulda dövlət büdcəsinin payının az olması və s. bu kimi prinsiplərlə xarakterizə olunan təsərrüfat sistemi.