Архив
Словарь
(ingiliscə - slave-owning society - quldarlıq quruluşu) marksist nəzəriyyəyə görə, istehsal vasitələrinə və məhdudiyyətsiz olaraq istehsal işçiləri kimi qullar üzərində şəxsi mülkiyyətə əsaslanan ictimai quruluş. İnsanın insan üzərində istismarı ilə formalaşaıb, quldarlara və qullara bölünərək tarixə ilk sinifli cəmiyyət kimi daxil olmuşdur. Bununla belə, bu cəmiyyətdə quldarlar və qullardan başqa kəndlilər, sənətkarlar kimi kiçik istehsalçılar və tacirlər də yer alır. Dörd mərhələdə təsnifatlandırılan quldarlıq quruluşunun çiçəklənmə dövrü b.e.ə. V-VI əsrlərdə Afinada və b.e.ə. II əsrin sonlarından başlayaraq II əsrə kimi Roma imperiyasında yaşanmışdır. Sosial inqilabların gedişi ilə VI əsrdə quldarlıq quruluşu əsasən çökmüş və feodal münasibətlərinin yaranışına yol açmışdır.