Архив
Словарь
(ingiliscə - Global Competitiveness Index - Qlobal Rəqabətlilik İndeksi) - Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hər il yayımlanan “Qlobal Rəqabətlilik Hesabatı” (The Global Competitiveness Report) çərçivəsində hazırlanan reytinq göstəricisi. Qlobal Rəqabətlilik İndeksi ölkə iqtisadiyyatlarının əsas müqayisəli üstünlüklərinin və çatışmazlıqlarının müəyyən edilməsinə imkan verən 12 meyar - “instutlar” (institutions), “infrastrukur” (infrastructure), “makroiqtisadi mühit” (macroeconomic environment), “sağlamlıq və ibtidai təhsil” (health and primary education), “ali təhsil və peşə təhsili” (higher education and training), “əmtəə bazarının səmərəliliyi” (goods market efficiency), “əmək bazarının səmərəliliyi” (labor market efficiency), “maliyyə bazarının inkişafı” (financial market development), “texnoloji hazırlıq” (technological readiness), “bazarın miqyası” (market size), “biznesin inkişafı” (business sophistication), “innovasiya” (innovation) və hər meyar üzrə alt indekslər əsasında tərtib edilir. İndeks elə bir şəkildə tərtib edilir ki, həm Qlobal Rəqabətlilik İndeksi üzrə, həm də onun ayrı-ayrı meyarları və alt indeksləri üzrə ölkələrin reytinqini əldə etməyə imkan verir. Hesabatın, eyni zamanda da İndeksin hazırlanması zamanı ümumi statistik göstəricilərdən və hesabatın əhatə etdiyi ölkələrdə biznes fəaliyyəti ilə məşğul olan 13 000 iş adamı arasında keçirilən sorğunun (Executive Opinion Survey) nəticələrindən istifadə edilir.