Архив
Словарь
QLOBAL ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
(ingiliscə - global food security - qlobal ərzaq təhlükəsizliyi) - bütün dünya ölkələri üçün ərzaq malları bazarında qida məhsullarına çıxış stabilliyinin saxlanılması şərtliliyi. Dünya ərzaq təhlükəsizliyi konsepsiyası ilk dəfə 1973-cü ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən irəli sürülmüşdür. «Dünya ərzaq təhlükəsizliyinin Roma bəyyanaməsi»ndə (Roma 13 noyabr 1996-ci il) hər bir insanın ərzaq təhlükəsizliyi hüququ hər bir dövlətin öhdəlikləri sırasına daxil edilmişdir. Dünya ölkələri üzrə ərzaq təhlükəsizliyi təminatı müvafiq “Ərzaq Təhlükəsizliyi İndeksi” (The Global Food Security Index) üzrə hesablanır.