gototop gototop

Словарь

QLOBAL ENERJİ PROBLEMİ

(ingiliscə - global energy problem - qlobal enerji problemi) - bəşəriyyətin etibarlı enerji və yanacaq təminatı ilə (enrjidaşıyıcılar) bağlı dünyəvi problem. Qlobal enerji probleminin həllində ekstensiv və intensiv olan yollar fərqləndirilir. Enerji probleminin ekstensiv həlli yolu gələcəkdə enerjidaşıyıcıların hasılatının genişləndirilməsini və enerji istehlakının mütləq artımını nəzərdə tutur. Enerji probleminin həllinin intensiv yolu isə hər şeydən əvvəl enerji məsrəfi vahidinə olan məhsul istehsalının artmasından ibarətdir. Ümumi kontekstdə qlobal enerji probleminin həll yolları kimi elmi-texniki nailiyyətlərin inkişafının sürətləndirilməsi, innovasiyaların genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, dünya enerjidaşıyıcıları bazarının optimal tənzimlənməsi çıxış edir.