Архив
Словарь
olduqca müxtəlifdir və belə bir hal onların təsnifləşdirilməsini zəruri edir. Adətən, qiymətlər xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə, franko növlərinə, fəaliyyət müddətinə, ərazi əlamətlərinə, təsbit olunması qaydalarına görə təsnifləşdirilir. Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər sənaye məhsullarına olan topdansatış qiymətləri, tikinti məhsullarının qiymətləri, yük və sərnişin nəqliyyatı tarifləri, pərakəndə satış qiymətləri, kənd təsərrüfatı məhsullarının satınalınma qiymətləri və əhaliyə pullu xidmətə olan tariflərə bölünür. Franko növlərinə görə qiymətlər franko-anbar, franko-vaqon və digər bu kimi formada fəaliyyət göstərirlər. Fəaliyyət müddətinə görə qiymətlərin sabit, cari, sürüşkən, mövsümi, mərhələli növləri fərqləndirilir. Müəyyən edilməsi qaydasına görə təsbit edilən, müqavilə, tənzimlənən və sərbəst qiymətlər fərqləndirilir.