Архив
Словарь
dağ suxuirlarının xüsusi texnika (qazıma qurğusu) ilə dağıdılması prosesi. Qazma prosesi daha çox neft-qaz və kondensat hasilatını reallaşdırmaq üçün aparılır. Əsasən, şaquli, maili istiqamətli və üfüqi qazma prosesləri mövcuddur. Qazma usulları mexaniki və qeyri-mexaniki olmaqla da fərqləndirilir. Qazma işi 4 minillik tarixə malikdir. Abşeronda balaxanılı usta Allahyar Məhəmmədnur oğlunun 1594-cü ildə dərinliyi 64 metr olan quyu qazdığı haqda məlumatlar vardır. Bu fakt isə hələ 5 əsr öncə burada qazmanın sənətkarlıq səviyyəsinə yüksəldiyini göstərir. Artıq bir əsrə yaxındır ki, neft-qaz hasilatında qazma dəniz akvatoriyasında aparılır. 1939-cu ildə Pirallahı adasının şimal akvatoriyasında metal dirəklər üzərində ilk dəniz qazma qurğusu qurulmuşdur. Dünyada turbinlə ilk maili quyu 1941-ci ildə neftçi Ağa Nemətullanın iştirakı ilə bu buxtada qazılmışdır. Hazırda respublikamızda «Dədə Qorqud», «İstiqlal», «Qurtuluş» kimi modern dərin dəniz qazma qurğuları fəaliyyət göstərir. Bunlardan ən nəhəngi - «İstiqlal» dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını təmin etmək gücündədir.