gototop gototop

Словарь

QAPALI DƏNİZ

(ingiliscə - enclosed sea - qapalı dəniz) - bir neçə dövlətin sahilini yuyan və coğrafi vəziyyətinə görə digər dənizə tranzit keçid kimi istifadə edilməyən dəniz. Sahilyanı olmayan dövlətlərin hərbi gəmilərinin qapalı dənizlərə buraxılışı məhduddur. Beynəlxalq dəniz konvensiyasına görə, sahilyanı dövlətlər qapalı və yarımqapalı dənizlərin canlı ehtiyatlarının idarə olumasında, dəniz mühitinin mühafizəsində və elmi tədqiqatların aparılmasında üstün hüquqlara malikdirlər. Qapalı dənizlərdə sahilyanı dövlətlər dənizlərin ekologiyası, balıqçılıq rejimi, ekologiya və digər məsələləri müvafiq olaraq ikitərəfli və çoxtərəfli müqavilələr əsasında nizama salırlar. Qapalı dənizlərə Qara dənizi və Baltik dənizi və s. aid edilir.