Архив
Словарь
QAÇQIN
(ingiliscə - refugee - qaçqın) irqi, milli, etnik mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxs, məcburi miqrasiya kateqoriyası. Qaçqın statusu BMT-nin 1951-ci ildə qəbul edilmiş və 1967-ci ildə müvafiq dəyişikliklərə məruz qalmış Konvensiyası ilə təsbit olunmuşdur.