gototop gototop

Словарь

KREDİT

(latınca - creditum - o, inanır, o borc verir) faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borc. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən iqtisadi münasibətlər baş verir. Kreditin iki növünü: qısamüddətli uzunmüddətli növlərini fərqləndirirlər. Kreditin dövlət, kommersiya, veksel, istehlak, ipoteka, kommunal, kənd təsərrüfatı və beynəlxalq formaları vardır. Müasir dünyada kredit borc kapitalının hərəkətinin bir forması və biznesin inkişaf stimuludur. Bazar iqtisadiyyatında bütün təsərrüfat fəaliyyəti kredit sistemi üzərində qurulur.