gototop gototop

Словарь

KOSMİK HÜQUQ

(ingiliscə - space law - kosmik hüquq) - kosmik məkanın istifadəsi və tədqiqi üzrə kosmik fəaliyyətin həyata keçirilməsi ilə bağlı dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında münasibətləri tənzimləyən beynəlxalq hüquq normaları məcmusu. Kosmik hüquq nüvə və digər kütləvi qırğın silahlarının kosmik məkanda yerləşdirilməsini qadağan edərək, kosmik cismlərdə tam demilitarizasiyanı nəzərdə tutur. Beynəlxalq kosmik hüquq BMT-nin Baş Assambleyasının bəşəriyyətin kosmik məkandakı maraqlarını ifadə edən 13 dekabr 1958-ci il qətnaməsindən başlanğıc alır. Beynəlxalq kosmik hüququn obyektini dəniz səviyyəsindən 100 km yüksəklikdə olan kosmik məkan, Günəş sisteminin planetləri, Ay, süni kosmik qurğu və aparatlar və onların tərkib hissələri, kosmik ekipajlar, göydən endirilmiş materiallar və s. əhatə edir. Beynəlxalq kosmik hüquq beynəlxalq müqavilə təyinatlıdır və 1966-ci ilin 19 dekabrında BMT-nin Baş Assambleyasının 21-ci sessiyasında bəyənilərək 1967-ci ildə depozit dövlətlər arasında Moskva, Vaşinqton və Londonda bağlanan və hazırda qüvvədə olan müqavilə normaları üzrə təsbit olunmuşdur.