gototop gototop

Словарь

KOSMOS, (KOSMİK MƏKAN)

(yunanca - κόσμος - qayda, nizam, gözəllik) - Yer atmosferi sərhədlərindən kənar kainatın nisbi boş hissələrini ehtiva edən intəhasız səma məkanı. İnsan kosmosdan asılıdır. Onun sağlamlığına və əhvali-ruhiyyəsinə kosmik amillər - qravitasiya, atmosfer təzyiqi, günəşin aktivliyi və digər təbii enerji axınlarının ciddi təsiri vardır. Kosmos bəşər sivilizasiyasının davamlılığını təmin edən bitməz, tükənməz məkan olaraq həm də geniş resurslar mənbəyi, material yaranışları və elmi-tədqiqatları əhatə edən bəşəriyyətin gələcək nəsillərinin yayılması meydanıdır. Yerlə Kosmos arasında sərt və dəqiq sərhəd yoxdur. Buna baxmayaraq aviasiya və kosmonavtikaya kömək məqsədi və Beynəlxalq Aviasiya Federasiyası - (fransızca - Fédération Aéronautique Internationale, FAI - Beynəlxalq Aviasiya Federasiyası) - işçi sərhəd keyfiyyətində atmosferlə kosmos arasında yüksəkliyi 100 km təyin etmişdir. Bu ondan irəli gəlir ki, uçuş aparatı bu hündürlükdə birinci kosmik sürətə malik olaraq orbital mahiyyət daşasın və aerodinamik gücün təsirinə istinadən uça bilsin.