gototop gototop

Словарь

KOOPERATİV MÜNASİBƏTLƏR

iqtisadi və qeyri-iqtisadi fəaliyyətin müxtəlif sferasında könüllü müstəqil kooperativ təşkilatların yaradılmasını və onun işində iştiraki ehtiva edən münasibətlər sistemi. Kooperativ münasibətləri  pul, maddi və intelluktual resursların, eləcə də kooperativin bütün üzvlərinin bilavasitə səylərinin birləşməsindən başlanır. Kooperativ münasibətləri kooperativ üzvlərinin hüquq və vəzifələrini, gəlirlərin bölgüsünü, fondların yaradılmasını, əməyin təşkili və ödənilməsini, kooperativin fəaliyyətinin  idarə edilməsini, istehsal vasitələrinin və dövriyyə vəsaitlərinin istifadə edilməsini və s. müəyyən edən nizamnamə və digər normativ sənədlərlə tənzimlənir.