Архив
Словарь
KOOPERASİYA
(latınca - cooperatio - əməkdaşlıq) 1) kollektiv sahibkarlıq üçün könüllü üzvlülük əsasında fiziki şəxslərin birləşməsi. Kooperasiya geniş mənada birgə fəaliyyət, birgə təsərrüfat təşəbbüslərinin reallaşdırılması, təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin üsul və formaları kimi xarakterizə edilir. Hər hansı iqtisadi fəaliyyət sahəsində insanların könüllük əsasında baş verən əməkdaşlığı da kooperasiya anlayışı ilə ifadə olunur; 2) istehsal məhsulunun bölgüsü, kommersiya əməkdaşlığı, risklərin qarşılıqlı təminatı, investisiyaların ümumi müdafiəsi və sənayə sirlərinə əsaslanan bir və ya bir neçə ölkədən xarici partnyorların iştirakı ilə qurulan müştərək və ya qarşılıqlı razılaşmış istehsalın universal təşkil etmə forması.