gototop gototop

Словарь

KONTİNENT, QİTƏ

(latınca - continens - birləşmə, bəndetmə, möhkəmləndirmə) dünya səthinin ara boşluğu olmayan, dənizlərlə ayrılmayan quru hissəsi. Geologiyada kontinentləri çox zaman materiklər sahəsinə adaları əlavə etməklə də təyinat verirlər. Dünyada kontinental model yanaşmaları müxtəlifdir. Bunlar sırasında 4 kontinent - (Afro­avroasiya, Amerika, Avstraliya və Antarktida), 5 kontinent - (Afrika, Avroasiya, Amerika, Avstraliya və Antarktida), 6 kontinent - (Avropa, Asiya, Afrika, Amerika, Avstraliya və Antraktida), yenə də 6 kontinent - (Afrika, Avroasiya, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida) və 7 kontinent - (Afrika, Avropa, Asiya, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida) modelləri fərqləndirilir. Bu təsnifatlandırmalar içərisində Avropa, Asiya, Afrika, Amerika, Avstraliya və Antarktida üzrə bölgü daha ümumi qəbul olunmuş hesab edilir.