Архив
Словарь
KOMMERSİYA KREDİTİ
haqqının ödənilməsi müddəti təxirə salınmaqla bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kredit, borc. Kommersiya kreditinin obyekti əmtəə kapitalıdır. O, bilavasitə dövriyyə prosesinə, əmtəələrin istehsal sferasından istehlak sferasına doğru hərəkətinə xidmət edir. Kommersiya kreditinin məqsədi əmtəələrin və onlarda maddiləşmiş mənfəətin reallaşdırılmasını sürətləndirməkdir. Kommersiya kreditinin əsas aləti vekseldir.