Архив
Словарь
KODEKS ALİMENTARİUS
(latınca - Codex Alimentarius - qida kodeksi) ərzaq mallarının vahid beynəlxalq standartlarının yaradılması üzrə FAO və DST tərəfindən 1963-cü ildə təsis edilmiş birgə proqrama əsaslanan beynəlxalq komissiya. Komissiya işində FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır və onun əsas vəzifəsi standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir.