gototop gototop

Словарь

KLİRINQ

(ingiliscə - clearing - təmizləmək) qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablamalar sistemi. Ölkə daxilində klirinq hesablama ödəmələri vasitəsilə yerinə yetirilən banklar arasında nağdsız hesablamalar sistemini özündə əks etdirir. Xüsusi olaraq, beynəlxalq hesablamalarda yaranan klirinqlər dövlətlər arasında bir-birinə olan borcların ödənişi haqqında razılaşmalar formasında həyata keçirilir. Klirinq qarşılıqlı tələblər hesablamaları yolu ilə xarici ticarət əməliyyatlarında da tətbiq olunur.