Архив
Словарь
KİBUS, KIBBUS
(ivritcə - קיבוץ, - qrup) İsraildə kollektiv təsərrüfatçılıq quruluşlu kooperativ kənd təsərrüfatı müəssisəsi. Dövlətin kollektiv, ictimai təsisatlar istitutlarının mühüm özəyi kimi çıxış edir. Kibuslarda kollektivləşmə uşaqların tərbiyəsindən başlayaraq birgə asudə vaxtların təşkilinə kimi bir sıra funksiyaları əhatə edir. Kibuslar yalnız istehsal vahidi kimi deyil, həm də özünümüdafiə mərkəzləri kimi sərhədyanı rayonlarda yayılmışdır.