Архив
Словарь
(ingiliscə - economies in transition - keçid iqtisadiyyatı ölkələri) göstəricilərinə görə iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında keçid mövqeyi tutan müstəqil dövlətlər qrupu. Keçid iqtisadiyyatı ölkələrinə Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələri: Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Çexiya, Yuqoslaviya Sosialist Federativ Respublikasının varisləri - Bosniya və Herseqovina, Makedoniya, Sloveniya, Xorvatiya, Serbiya, Çernoqoriya, Kosovo, keçmiş sovet respublikaları - indi MDB ölkələri: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, keçmiş Baltikyanı respublikalar - Latviya, Litva, Estoniya və Gürcüstan aid edilir.