Архив
Словарь
İŞÇI QÜVVƏSİ, İQTİSADİ FƏAL ƏHALİ
(ingiliscə - labour force - işçi qüvvəsi) əhalinin işləyən və ya iş axtarışı ilə fəal məşğul olan (işsizlər) hissəsi. İqtisadi aktiv əhali əmtəə və xidmətlərin istehsalı üçün işçi qüvvəsinin təminatının təklifidir. Məhz bu qrup məşğul və işsiz əhali hissəsini özündə cəm edir. Beynəxalq statistikada işçi qüvvəsi yaşı 15-dən 65-ə qədər əhali qrupuna aid edilir. Bu göstəricidən çixiş edərək müəyyənləşdirilir ki, dünya əhalisinin 60%-dən çoxu iş qabiliyyətlidir.