gototop gototop

Словарь

İSTEHLAK SƏBƏTİ

(ingiliscə - consumer basket - istehlak səbəti) bir il (ay) ərzində orta hesabla insanın və ya ailənin zəruri ehtiyaclar tələbini ödəyən əmtəə və xidmətlər çeşidini əks etdirir. Belə çeşid istehlak səbətinin mövcud qiymətlər üzrə dəyərindən irəli gələrək minimum istehlak büdcəsinin (yaşayış minimumu) hesablanmasında istifadə olunur. İstehlak səbəti həmçinin istehlakın real və hesablanan səviyyəsinin müqayisəsi bazası və valyutanın alıcılıq qabiliyyətinin təyin olunmasında əsas kimi də istifadə edilir. Bir qayda olaraq minimum 2-3 ilə hesablanan Istehlak səbəti Fransada - 250, ABŞ-da - 300, İngiltərədə - 350, Almaniyada - 475, İtaliyada - 530 ərzaq və xidmətdən ibarətdir.