gototop gototop

Словарь

İSLAM İQTİSADİYYATI

(ingiliscə - Islamic economics - İslam iqtisadiyyatı) İslamın ictimai və əxlaq normaları ilə müəyyən olunan, insanın fərdi azadlıqılarının pozulmasına yol verməyən, sələmçiliyi qəti istisna edən iqtisadi inkişaf təyinatlı təsərrüfatçılıq sistemi. İslam iqtisadiyyatı modeli İslamın müqqəddəs kitabı Qurani-Kərimdə əsasını tapan prinsiplərdən qaynaqlanır. İqtisadi münasibətlərin qətiyyətli və dayanıqlı tənzimlənməsi İslam qanunvericiliyinin mühüm əlamətdar cəhətlərindən biridir. Burada insan Allaha məxsus təbii resursların müvəqqəti sahibi, istifadəçisi və istehlakçısı kimi çıxış edir. Sosial-iqtisadi prosesləri nəzarətdə saxlayan dövlət isə təbii sərvətlərin satışından əldə edilən gəlirləri öz vətəndaşları arasında bərabər bölür. Ticarət azad, inhisar və təsadüfi situasiyadan gəlir əldəetmə qadağandır. İslam iqtisadiyyatının fundamental fərqləndirici mühüm cəhəti faizsiz maliyyə sisteminə maliklikdir. Qurani-Kərimdə buyurulur ki, bütün müsəlmanlar qardaşdırlar. Buna görə də onlar arasında istismar ola bilməz. Faiz isə birbaşa istismardır. Onun tətbiqi ilə insanların likvid vəsaitləri əlindən alınır, onların əmlakı mənimsənilir.