gototop gototop

Словарь

İSLAM BANKÇILIĞI

(ingiliscə - İslamic banking - İslam bankçılığı) bank işinin İslam qaydalarına uyğun aparılması usulu. XX əsrin ikinci yarısında geniş təşəkkül tapmağa başlamışdır. İslam bankçılığının mahiyyətində sələm, faiz və prazitizmdən (özgə hesabına yaşamaq) imtina dayanır. Bank işindəki başlıca səciyyəvi xüsüsiyyəti depozit cəlbetmə prosesi və faizli kreditvermə sisteminin olmaması, həmçinin fyuçers sövdələşmələrinin aparılmaması ilə bağlıdır.