Архив
Словарь
istehsal edilən əmtəə və xidmətlərin miqdar və qimətlərinin onların hökumətləri tərifindən planlanlaşdirılan ölkələr. Burada planlaşdırma direktiv xarakterlidir. Yəni “plan - qanundur” və mütləq qaydada yerinə yetirliməlidir. Onu artıqlaması ilə yerinə yetirənlər mükafatlandırılır, tam yerinə yetirməyənlər isə cəzalandırılır. İnzibati-komanda iqtisadiyyatinda bütün müəssisələr dövlətin mülkiyyəti hesab olunur. Dövlət səviyyəsində, praktiki olaraq, istehsalın bütün proporsiyaları, maddi rifah və resursların istehlak və bölgüsü planlaşdırılır. İnzibati-komanda iqtisadiyyatı kommunist siyasi sisteminə malik dövlətlərə xasdır. Əvvələr bu sistemə keçmiş SSRİ, Mərkəzi və Şərqi Avropanin postsovet ölkələri və digər bu bloka daxil olanlar aid edilirdi. Hazırda isə bu KXDR və Kubada özünün ortodoksal formasında qalmaqdadır. Lakin 2010-cu ilin oktyabrında Kubada başlanan geniş miqyasli islahatlar burada mərkəzi planlaşdırmadan imtinanı və özəl biznesə dönüşü nəzərdə tutur.