Архив
Словарь
İNVESTİSİYA MÜBAHİSƏLƏRİNİN HƏLLİ ÜZRƏ BEYNƏLXALQ
(ingiliscə - International Centre for Settlement of Investment Disputes, ICSID - İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz, İMHBM) beynəlxalq investisiya mübahisələrində tərəflərin barışması və arbitraj prosedurları üçün hüquqi imkanların təmin edilməsi məqsədi ilə yaradılmış Dünya Bankı Qrupuna daxil olan beynəlxalq təsisat. 1966-cı ildə təsis olunmuşdur. Ayrı-ayrı şəxslər tərəfindən yatırılan investisiyalarla bağlı xarici iqtisadi maneələri aradan qaldırmasına çalışır, dövlətlərarası və ayrı-ayrı investorlar arasında (beynəlxalq investisiya arbitrajı) mübahisələrin tənzimlənməsi zamanı nüfuzlu beynəlxalq arbitraj müəssisəsi funksiyasını yerinə yetirir. Mərkəzə seçilən Sədr və Baş katib rəhbərlik edir.