Архив
Словарь
İNTEQRƏOLUNMUŞ REGİONAL İQTİSADİ BİRLİKLƏR
beynəlxalq iqtisadi sferada təsərrüfatlarını tədricən yaxınlaşdırmaq və təsərrüfat mexanizlərini dəyişdirmək yolu ilə birləşməyi qarşıya məqsəd qoymuş dövlətlərarası iqtisadi təsisatlar. Belə birlikləri ərazi cəhətdən biri-birinə yaxın və təqribən eyni sosial-iqtisadi inkişafa malik olan ölkələr yaradırlar. Müasir dünyada təsərrüfat həyatının beynəlmiləlşməsinə baxmayaraq inteqrasiya prosesləri daha çox regional xarakter daşıyır. Bu baxımdan inteqrəolunmuş regional iqtisadi birliklərin dünya iqtisadiyyatında rolu və əhəmiyyəti artır. Müxtəlif tipli belə birliklərin sayı hazırda 30-u ötmüşdür.