Архив
Словарь
İNTEQRİR İDARƏETMƏ SİSTEMLƏRİ
kompüter texnikası vasitələri və müvafiq proqramlar əsasında qurulur, istehsal prosesinin optimallaşdırılması, əksər texniki problemlərin həlli və eyni zamanda, daxili audit şəbəkəsinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu effektivlik istehsal və idarəetmə prosesinə lazım olan bütün mümkün informasiyaları vahid bazada akkumlyasiya edərək idarəetmə sisteminin səmərəliliyini qaynaqlandırır. İnteqrir idarəetmə sistemləri sferasında məlumatlar mübadiləsinin biznes-sistem və Avtomat İdarəetmə Sistemləri arasında şaquli kəsişmələri vardır.