Архив
Словарь
(latınca - integratio - bərpa olunma, integrationis - tam, vahid) müasir dünyada ölkələrin təsərrüfatlarının obyektiv birləşmə prosesi. Ali məqsədi iqtisadi artım templərinin davamlılığı əsasında əldə olan resusurslardan maksimal dərəcədə effektli istifadəni təmin etməkdir. İnteqrasiyanın mühüm forması ölkə təsərrüfatının beynəlmiləlləşməsi nəticəsində onun dünya təsərrüfatının bir hissəsinə çevrilməsi əlaməti kimi iqtisadiyyat sferasında ümumi siyasətin formalaşdırılması və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi inteqrasiya bir neçə əsas mərhələdən keçir: preferensial zona, azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi və valyuta ittifaqı və tam inteqrasiya. Müvafiq inteqrasiyanın iqtisadi və valyuta ittifaqı pilləsini hələlik Avropa İttifaqı keçmişdir.