Архив
Словарь
İNSTİTUSİONALİZM
(latınca - institutum - yaranış, təsisat) iqtisadi fəaliyyətdə iqtisadi münasibətlər şəbəkəsində qərarların qəbulunda institutların əsas rol oynadığını önə çəkən iqtisadi təlim. Müasir mərhələdə institusionalizmə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də baxılır. İqtisadi münasibətlərin subyektlərini, şəxsi maraqlarını öyrənməyə etiraz edən institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik tənzimlənməsi konsepsiyasını tənqid edir.