Архив
Словарь
İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR
(ingiliscə - developing countries - inkişaf etməkdə olan ölkələr) kapital və istehsal vasitələri çatışmazlığı, sahibkarlıqda və texniki təcrübədə məhdudluq, geridə qalan texnologiyalar, əhalinin yüksək artımı, savadlılığın nisbi aşağı və işsizlyin yüksək səviyyəliliyi, məşğulluğun daha çox kənd təssərüfatında movcudluğu ilə xarakterik olan ölkələr qrupu. İnkişaf etməkdə olan ölkələrə, həmçinin demokratik hökumətlərinin, azad bazar iqtisadiyyatının, sənayeləşmənin, öz vətəndaşları üçün sosial proqramların və zəmanətlərin aşağı standartlığı kimi cəhətlər də aid edilir. Bununla belə, anlayışın yeganə qəbul edilmiş tərifi yoxdur və inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsi geniş mənada dəyişə bilər.