gototop gototop

Словарь

İNFORMASİYA İQTİSADİYYATININ QLOBAL İNDEKSİ

(ingiliscə - global new e-economy index - informasiya iqtisadiyyatının yeni qlobal indeksi, GNEI) ölkə iqtisadiyyatının informasiya tipinə hansı dərəcədə aid olduğunu müəyyənləşdirən indeks. Bu indeksin iqtisadiyyatın qloballaşma səviyyəsi, iqtisadiyyatın dinamikası və rəqabət, iqtisadi baxımdan fəal əhalinin peşəkarlıq dərəcəsi və ya yüksək ixtisas tələb edən iş yerləri, informasiya iqtisadiyyatına transformasiya dərəcəsi, texnoloji yeniliklərin tətbiqi imkanları kimi kateqoriyaları və onun tərkibinə daxil olan göstəriciləri özündə ehtiva edir. İnformasiya iqtisadiyyatının qlobal indeksi qlobal rəqəmsal indeks kimi də adlandırılır və həmçinin müxtəlif ölkələrdə yüksək texnologiyalar istehsalı səviyyəsini təyin etməyə imkan verir.