gototop gototop

Словарь

İNFORMASİYA İQTİSADİYYATI

klassik iqtisad elmində kapital əmək sərf etməklə sərvəti artırmaq (gəlir yaratmaq) qabiliyyətində olan əşyalar məcmusu (torpaq, binalar, maşınlar, xammal) kimi maddi formada başa düşülürdü. İqtisadiyyatda pulların böyük rol oynadığı sonrakı mərhələdə isə kapital əmək alətlərinin və əmək xidmətlərinin pulla alınması forması kimi də dərk edilməyə başlanıldı. Biliklərdən istifadənin həcminin genişlənməsi isə intellektual mülkiyyətin xüsusi çəkisinin artması, fiziki obyektlər mülkiyyətinin xüsusi çəkisinin azalması ilə müşayiət olunmuşdur. Bu da öz növbəsində pul iqtisadiyyatının innovasiyalı olmasına gətirmişdir. İnnovasiyalı pul iqtisadiyyatında istifadə olunan informasiya bilikləri əks etdirir və üç şəkildə: sahibkar və işçinin peşəkar bilikləri, mütəxəssisin texnoloji bilikləri və işlərin gələcəkdə necə qurulacağından asılı olaraq bütün marağı olan subyektlərin mülahizələri kimi başa düşülür. Bu iqtisadiyyatda əmək xidmətləri, sadəcə, peşəkar vərdişlərə deyil, həm də fərdiləşmiş bilik və qabiliyyətlərə istinad edir. Əmək bazarı artıq simasız “istehsal xidməti” deyil, tələb olunan peşəkar diapazonda nisbətən nadir, hətta unikal keyfiyyətlərə malik şəxsiyyət təklif edir.