Архив
Словарь
İMPERİALİZM
(ingiliscə - imperialism, latınca - imperium - haklimiyyət, dominantlıq) marksizm təliminə görə, XIX əsrin sonu XX əsrin əvvəllərində kapitalizmin inkişafının ən yüksək və son mərhələsi - inhisarçı kapitalizmə keçidinin forması. İmperializm həm də qeyri-bərabər hüquqlu münasibətlərin dəstəklənməsinə yönəlmiş dövlət siyasətini özündə əks etdirir. Xarici siyasətdə bu özünü ərazilərin tutulması, müstəmləkələrin formalaşdırılması, digər ölkələr üzərində siyasi və iqtisadi nəzarətin həyata keçrilməsində göstərir. Daxili siyasətdə sənaye-maliyyə inhisarları (inhisarçı kapitalizm) mühüm rol oynayır.