gototop gototop

Словарь

İQTİSADİYYATLARI MODERNİZƏ OLUNMUŞ ÖLKƏLƏR

inkişaf etmiş ölkələrdən iqtisadi strukturdakı daha aşağı effektivlik və məhsuldarlıqları ilə fərqlənən ölkələr. Bu qrupun əksər ölkələrinə həm də inkişaf etmiş ölkələrlə müqayisədə kənd təsərrüfatı məhsullarının və hasilat sənayesinin ÜDM-də yüksək payılılığı xasdır. İqtisadiyyatının quruluşu nöqteyi-nəzərdən iqtisadiyyatları modernizə olunmuş ölkələr kifayət qədər müxtəlif cinslidir. Burada üç əsas qruplaşma təsnifatlandırılır: 1.Keçid iqtisadiyyatlı Avropa ölkələri (Bolqarıstan, Rumıniya və Makedoniya); 2.Latın Amerikasının yeni sənaye ölkələri (Çili, Argentina, Braziliya və Meksika); 3.Asiyanin ikinci dalğa yaranmış bəzi yeni sənaye ölkələri (Malayziya və Tailand).