Архив
Словарь
İQTİSADİ SİYASƏT
(ingiliscə - economic policy - iqtisadi syasət) ölkənin maraq, mənafe və məqsədlərinə müvafiq olaraq iqtisadi proseslərə müəyyən istiqamət verilməsi, iqtisadiyyatın idarə edilməsi sahəsində dövlət, hökumət tərəfindən atılan addımlar, aparılan hərəkətlər, tədbirlər sistemi. Bu siyasət struktur, investisiya, maliyyə-kredit, sosial, xarici-iqtisadi, elmi-texniki, vergi və büdcə siyasətini əhatə edir.